Azedu.az

Son 4 ayda yüzlərlə tələbə universitetlərdən xaric olunub - SƏBƏBLƏR

Universitetlər

8 Yanvar 2026, 16:17
Son 4 ayda yüzlərlə tələbə universitetlərdən xaric olunub - SƏBƏBLƏR

Ali təhsil müəssisələrində tələbələrin müvəqqəti və ya daimi şəkildə kənarlaşdırılması hallarına müəyyən dövrlərdə rast gəlinir.

Maraqlıdır, 2025-2026-cı tədris ilinin I semestrində bu prosedurun əhatə etdiyi tələbə sayı nə qədər olub?

AzEdu.az Təhsil Portalı mövzu ilə əlaqədar universitetlərə sorğu ünvanlayıb.

Sorğumuza Azərbaycan Dövlət Pedaqoji Universitetindən (ADPU) bildirilib ki, 41 tələbə universitetdən kənarlaşdırılıb:

"Belə ki, onlardan 12 nəfər tədrisə davam etmədiyi üçün, 3 nəfər başqa ali təhsil müəssisəsi 26 nəfər isə öz arzusu ilə xaric edilib".

Azərbaycan Universitetindən (AU) əldə etdiyimiz məlumata görə, 2025/2026-cı tədris ilinin payız semestrində Azərbaycan Universitetindən 39 tələbə öz ərizəsi ilə, 2 tələbə isə dekanların təqdimatı əsasında olmaqla, ümumilikdə 41 tələbə xaric olunub:

“Tələbələrin öz ərizələri ilə xaric olunma səbəbləri müxtəlifdir. 4 nəfər əmək fəaliyyətinə başladığı üçün, 4 nəfər səhhətinə görə, 1 nəfər xarici universitetə qəbul olunduğu üçün, 18 nəfər şəxsi səbəblərlə, 6 nəfər maddi vəziyyətlə əlaqədar olaraq, 6 nəfər isə digər səbəblərlə öz müraciətləri ilə xaric olunublar”.

Sumqayıt Dövlət Universitetindən məlumat verilib ki, 2025/2026-cı tədris ilinin I semestri üzrə Sumqayıt Dövlət Universitetindən ümumilikdə 47 tələbə müxtəlif səbəblərlə xaric olunub:

“Xaric olunma hallarından 32 nəfər tələbə öz xahişi ilə, 15 nəfər tələbə isə digər ali təhsil müəssisələrinə köçürülməsi ilə əlaqədar universitetdən xaric edilib”.

Azərbaycan Dövlət Mədənyyət və İncəsənət Universitetindən (ADMİU) verilən məlumata görə, 34 tələbə universitetdən kənarlaşdırılıb:

“Onlardan 33 nəfər öz xahişi ilə, 1 nəfər isə nizam-intizam qaydalarını pozduğuna görə kənarlaşdırılıb”.

Azərbaycan Turizm və Menecment Universitetindən (ATMU) bildirilib ki, univetsitet tərəfindən heç kim uzaqlaşdırılmayıb:

“Tələbələrimiz ya akademik məzuniyyət götürürlər ya da öz istəkləri ilə xaric olunurlar. Belə ki, 26 nəfər akademik məzuniyyət götürüb, 35 isə nəfər xaric olunub”.

Azərbaycan Texniki Universitetdən qeyd edilib ki, uzaqlaşdırılan tələbə olmayıb:

“Belə ki, 50-yə yaxın tələbə akademik məzuniyyət götürüb”.

Mingəçevir Dövlət Universitetindən (MDU) sorğunuza cavab olaraq bildirilib ki, 2025-2026-cı tədris ilinin I semestrində ali təhsil müəssisəsindən ümumilikdə 25 tələbə uzaqlaşdırılıb.

"Onlardan 24 nəfəri bakalavr, 1 nəfəri isə magistratura səviyyəsində təhsil alan tələbələrdir. Qeyd olunan bütün hallarda uzaqlaşdırılma tələbələrin şəxsi müraciəti (öz arzusu ilə) əsasında həyata keçirilib. Akademik intizam pozuntusu və ya digər inzibati səbəblərlə bağlı kənarlaşdırma faktı qeydə alınmayıb".

Qeyd edək ki, Azərbaycan Dillər Universiteti (ADU) Azərbaycan Texnologiya Universitetində (ATU) uzaqlaşdırılma halı qeydə alınmayıb.

İranda GƏRGİNLİK ! Güneylilər ayağa qalxdı - Televiziya yandırılır
SORĞU
Ən uğurlu regional təhsil idarəsi hansıdır?
Səs ver
Son xəbərlərDaha çox