Azərbaycan Texnologiya Universitetinə ağır itki üz verib.
Bu barədə AzEdu.az-a universitetdən məlumat verilib. Universitetin Kimya və metallurgiya kafedrasının professoru, “Azəralüminium” İstehsalat Zavodunun direktoru Cəmil Səfərov vəfat edib.
Cəmil Səfərov geniş elmi-pedaqoji təcrübəsi ilə metallurgiya sənayesi üçün peşəkar kadr hazırlığında, həmçinin Azərbaycan Texnologiya Universiteti ilə “Azəralüminium” arasında əməkdaşlığın qurulmasında, universitet-sənaye əlaqələri çərçivəsində effektiv layihələrin həyata keçirilməsində mühüm rol oynayıb.
