Azedu.az

İmtahan sualları əvvəlcədən tələbələrə verilməlidir - ETİRAZ

Universitetlər

7 Yanvar 2026, 14:47
İmtahan sualları əvvəlcədən tələbələrə verilməlidir - ETİRAZ

Bəzi universitetlərdə imtahan sessiyası zamanı imtahan sualları tələbələrə təqdim edilmir.

Tələbələrə yalnız bütün mühazirə materiallarını oxumaları tapşırılır və müəllimlər bunu onunla əsaslandırırlar ki, imtahan sualları onsuz da həmin mühazirələrdən olacaq.

Bu yanaşma nə dərəcədə doğrudur?

AzEdu.az-a mövzu ilə bağlı elm və təhsil eksperti Səbuhi Abdullayev açıqlama verib.

Onun sözlərinə görə, imtahan sualları mütləq şəkildə tələbələrə vaxtında təqdim edilməlidir ki, onlar imtahana ciddi şəkildə hazırlaşa bilsinlər:

“Universitetlərdə qış imtahan sessiyası artıq başlayıb və fevralın 5-dək davam edəcək. Tədris olunan fənlərdən asılı olaraq bəzi universitetlərdə yazılı, bəzilərində isə test üsulu ilə imtahanlar təşkil olunur. Keçid forması hansı olursa-olsun, bütün universitetlər tələbələrə imtahan suallarını vaxtında təqdim etməlidir.

Tələbələr isə həmin suallar və mövzu ilə bağlı mühazirə materialları əsasında imtahan modelinə uyğun şəkildə ciddi hazırlaşmalıdırlar.

Ola bilsin ki, bəzən bəzi tələbələr sualları vaxtında ala bilmir, bəzi universitetlər isə imtahan suallarını gecikdirir və ya təqdim etmək istəmir. Bəzi müəllimlər bildirirlər ki, onsuz da suallar keçilən mühazirə mətnlərindən olacaq. Lakin imtahan sualları mütləq şəkildə tələbələrə vaxtında təqdim edilməlidir ki, onlar imtahana ciddi və sistemli şəkildə hazırlaşa bilsinlər".

Putin Zelenskini oğurlayacaq - Ardınca isə - Xəbəriniz Var?
SORĞU
Ən uğurlu regional təhsil idarəsi hansıdır?
Səs ver
Son xəbərlərDaha çox