Azedu.az

Alimlərin sayının çoxluğu elmin inkişafı demək deyil - Professor

Universitetlər

7 Yanvar 2026, 09:23
Alimlərin sayının çoxluğu elmin inkişafı demək deyil - Professor

Yanvarın 5-də Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. Dövlət başçısı qeyd edib ki, əgər biz doğrudan da elmi inkişaf etdirmək istəyiriksə, sadəcə elmi işçiləri işlə təmin etməklə kifayətlənməməli, islahatlara getməliyik. Bu, qaçılmazdır. Biz bunu etməsək, inkişafın da müəyyən məhdudiyyətləri olacaq.

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Azərbaycan, Rusiya və Türkiyənin iqtisad elmləri doktoru, professor Zahid Məmmədov bildirib ki, Prezident İlham Əliyevin yerli telekanallara müsahibəsində səsləndirdiyi fikirlər Azərbaycan üçün elm və intellektual inkişafın mahiyyətində yeni, fundamental bir yanaşmanı ortaya qoyur:

“Dövlət başçısı xüsusilə vurğuladı ki, əsas tezislərdən biri elmi inkişaf etdirməyin sadəcə elmi işçiləri işlə təmin etməklə deyil, sistemli islahatların aparılması ilə mümkün olmasıdır. Əlbəttə, bu yanaşma reallığa əsaslanır və gələcək risklərin qarşısının alınması ilə bağlı mühüm bir çağırışdır. Uzun müddət postsovet məkanında elm sahəsində əsas problemlərdən biri elmi məşğulluq anlayışı ilə elmi məhsuldarlığın qarışdırılması idi. Elmi müəssisələrin sayının çox olması, alimlərin sayının artması hələ elmin inkişafı və ya elmi məhsuldarlıq demək deyil. Ona görə də bu güc elmi fəaliyyətin real iqtisadi və sosial problemlərin həllinə yönəlməlidir.

Elmi fəaliyyət nəticəyönümlü olmalıdır. Əlbəttə, elm və təhsil sahəsində islahatlar artıq tarixi zərurətə çevrilib. Belə ki, ən əsas göstəricilərdən biri elmi fəaliyyətin real nəticələrə əsaslanması, universitetlərlə elm və iqtisadiyyat arasında əlaqələrin gücləndirilməsidir. Neftin və qazın tükənməsindən sonra, xüsusilə cənab Prezidentin xəbərdarlığı fonunda, artıq maddi resursların deyil, gələcəyimizin əsasının intellektual kapitalın inkişafı ilə bağlı olduğu aydın şəkildə ortaya qoyulur.

Eyni zamanda, elmin inkişafı ilə bağlı səsləndirilən fikirlər milli təhlükəsizliyin strateji inkişaf mərhələsi kimi təqdim edilməlidir. Elm və təhsildə islahatlar bu baxımdan texniki məsələ deyil, dövlətin gələcək taleyini müəyyən edən əsas faktorlardan biridir. Bu çağırışa cavab olaraq elmi ictimaiyyət və universitetlər öz fəaliyyətlərini yenidən qurmalı, formal mövcudluqdan real elmə keçid təmin olunmalıdır. Çünki islahat olmayan yerdə inkişaf da olmayacaq”.

Xameneiyə ŞOK XƏBƏRDARLIQ - Hazır ol, ö*ldürüləcəksən!
SORĞU
Ən uğurlu regional təhsil idarəsi hansıdır?
Səs ver
Son xəbərlərDaha çox