Azedu.az

ADNSU-da payız semestrinin imtahan sessiyası başlayıb

Universitetlər

5 Yanvar 2026, 16:16
ADNSU-da payız semestrinin imtahan sessiyası başlayıb

Yanvarın 5-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 2025/2026-cı tədris ilinin payız semestrinin imtahan sessiyasına start verilib.

Universitetdən AzEdu.az-a verilən məlumata görə, bakalavr səviyyəsində 30 ixtisas, magistr səviyyəsində isə 60 ixtisaslaşma üzrə imtahanlar keçiriləcək. İmtahanlar yazılı və yazılı-şifahi formada təşkil olunub.

ADNSU-da imtahan sessiyasının mövcud qaydalara uyğun təşkili, tələbələrin biliklərinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin edilməsi istiqamətində bütün zəruri tədbirlər görülüb. Şəffaflığın təmin olunması məqsədilə yaradılmış İmtahan Müşahidə Mərkəzi tərəfindən imtahan prosesinə nəzarət həyata keçirilir.

Bu gün start götürən imtahan sessiyası üzrə əsas imtahanlar yanvarın 30-da başa çatacaq.

İranda etirazçılara SƏRT XƏBƏRDARLIQ - Hamını məhv edəcəyik!
SORĞU
Ən uğurlu regional təhsil idarəsi hansıdır?
Səs ver
Son xəbərlərDaha çox