Azedu.az

Qiyabi təhsildə plan yerləri azalıb

Universitetlər

30 Dekabr 2025, 12:58
Qiyabi təhsildə plan yerləri azalıb

2025-2026-cı tədris ili üzrə isə qiyabi təhsilalma formasında cəmi 2.385 yer proqnozlaşdırılıb ki, bu da 2023/2024-cü tədris ili ilə müqayisədə 1.387 yer və ya 36,8% azalma deməkdir. Bu azalma ölkədə ali təhsil sistemində aparılan optimallaşdırma və keyfiyyət yönümlü islahatların tərkib hissəsidir.

Bu barədə AzEdu.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Əsas (baza ali) tibb təhsili səviyyəsində isə faktiki qəbul xüsusilə yüksək olub. 2025/2026-cı tədris ilində 1.182 plan yerinin 1.182-si doldurulub, faktiki qəbul 100% səviyyəsində təmin edilib. Bu təhsil səviyyəsində qəbul olunan tələbələrin 1.127 nəfəri (95%-dən çoxu) dövlət sifarişi əsasında təhsil almaq hüququ əldə edib.

Distant təhsil xərcləri azaltmaq üçün atılan addımdır?
Son xəbərlərDaha çox