Azedu.az

ADNSU-da seminar: “Azərbaycan üçün kemoinformatika”

Universitetlər

30 Dekabr 2025, 11:57
ADNSU-da seminar: “Azərbaycan üçün kemoinformatika”

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Azərbaycan üçün kemoinformatika: Məlumatlılıqdan praktik addımlara” mövzusunda seminar keçirilib.

Universitetdən AzEdu.az-a verilən məlumata görə, tədbirdə ADNSU-nun rektoru, dosent Rüfət Əzizov iştirak edib.

Seminar çərçivəsində Dr. Şamxal Baybekov kemoinformatikanın əsasları ilə bağlı təqdimatla çıxış edərək bu sahənin Azərbaycanda kimyəvi tədqiqatların keyfiyyətinin artırılmasında rolundan danışıb. Tədbirdə kimya sahəsində süni intellekt və verilənlər elminin tətbiqi imkanları, eləcə də bu yanaşmaların elmi araşdırmalara gətirdiyi yeni perspektivlər müzakirə olunub. 

Qeyd edək ki, Şamxal Baybekov Bakı Mühəndislik Universitetində "Kimya mühəndisliyi" ixtisası üzrə bakalavr təhsili alıb. Daha sonra Fransanın Strasburq Universitetində kompleks sistemlər kimyası üzrə magistratura, eləcə də kemoinformatika sahəsi üzrə doktorantura təhsilini tamamlayıb. Hazırda o, dərman kəşfi sahəsində süni intellekt əsaslı fəaliyyət göstərən "Insilico Medicine" şirkətində kemoinformatika üzrə verilənlər mütəxəssisi vəzifəsində çalışır. Onun elmi maraqları kimyəvi və bioloji məlumatların analizi və modelləşdirilməsi, eləcə də süni intellekt metodlarının tətbiqini əhatə edir.

Distant təhsil xərcləri azaltmaq üçün atılan addımdır?
Son xəbərlərDaha çox