Azedu.az

BANM-də tələbə transferi OLMAYACAQ

Universitetlər

30 Dekabr 2025, 11:07
BANM-də tələbə transferi OLMAYACAQ

"Biz hesab edirik ki, BANM-də təhsil alan tələbələr orta təhsildən etibarən çox çalışaraq yüksək bal toplayırlar. Burada təhsil almaq üçün ciddi zəhmət çəkirlər".

Bu sözləri AzEdu.az-a müsahibəsində BANM-in rektoru Elmar Qasımov bildirib.

"Transferlə gələn tələbə, əgər bal məsələsi nəzərə alınsa belə, həm dil, həm də bilik baxımından fərqlilik göstərə bilər və hətta digər tələbələrdə demotivasiya yarada bilər. Ona görə də bizdə transfer yoxdur.

Tələbə istəsə, ali məktəbdən gedə bilər, lakin xaricdən transfer yolu ilə gəlib təhsil almaq mümkün deyil. Sona qədər də bu siyasət davam edəcək.Tələbələr akademiya və ya universitet adı ilə deyil, keyfiyyətli təhsil və müasir tədris proqramlarına görə bizi seçirlər. Bu baxımdan, BANM Azərbaycanın yeganə “məktəb” adlanan ali təhsil ocağıdır və TOP tələbələr arasında populyarlığını qoruyur",-deyə E.Qasımov söyləyib.

Distant təhsil xərcləri azaltmaq üçün atılan addımdır?
Son xəbərlərDaha çox