Azedu.az

Ali təhsildə bəzi ixtisaslara gender bərabərliyi üzrə seçmə fənlər əlavə oluna bilər

Universitetlər

29 Dekabr 2025, 17:57
Ali təhsildə bəzi ixtisaslara gender bərabərliyi üzrə seçmə fənlər əlavə oluna bilər

Ali təhsilin bakalavriat və magistratura səviyyələrində müvafiq ixtisasların təhsil proqramlarına gender bərabərliyinin tədrisi ilə bağlı seçmə fənlər və ya mövzular daxil edilə bilər.

AzEdu.az xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasında gender (kişi və qadınların) bərabərliyi üzrə 2026 – 2028-ci illər üçün Milli Fəaliyyət Planı"nda yer alıb.

Fəaliyyət planına görə, əsas icraçı orqan Elm və Təhsil Nazirliyi müəyyənləşib.

İcraçı orqana təhsil proqramlarına gender bərabərliyinin tədrisi ilə bağlı daxil edilmiş seçmə fənlərə aid tədris proqramlarının və dərsliklərin hazırlanması, təhsil proqramlarına gender bərabərliyinin tədrisi ilə bağlı seçmə fənlər üzrə aparılan tədrisin müntəzəm olaraq monitorinqi və qiymətləndirməsi tapşırılıb.

Distant təhsil xərcləri azaltmaq üçün atılan addımdır?
Son xəbərlərDaha çox