Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) imtahan sessiyası başlayıb.
AzEdu.az xəbər verir ki, bu barədə UNEC-in rektoru Ədalət Muradov sosial şəbəkə hesabında paylaşım edib.
Rektor bildirib ki, obyektivlik, şəffaflıq və ədalət həmişəki kimi bizim dəyişməz və prinsipial mövqeyimizdir. Heç bir kölgəyə, heç bir şübhəyə yer yoxdur – yalnız bilik danışacaq.
"İmtahan zallarına inamla daxil olun, bildiklərinizi cəsarətlə ortaya qoyun və unutmayın ki, UNEC hər birinizə inanır. İmtahanlarda əldə edəcəyiniz hər bir uğur həm də sizə inanan, hər uğurunuza sevinən müəllimlərinizin zəhmətinə verilən dəyərdir.
İmtahan sessiyası sadəcə bir qiymətləndirmə mərhələsi deyil – bu, iradənin, biliyin və xarakterin sınağıdır. Bu məsuliyyətli dövrdə hər birinizə uğurlar, inam, səbr və yüksək nəticələr arzulayıram. Əminəm ki, sizlər bu sessiyanı da layiqincə başa vuracaq, UNEC tələbəsinə xas bilik, mədəniyyət və məsuliyyət nümayiş etdirəcəksiniz.
Uğurlarınız daim olsun!
Hər şey daha da yaxşı olacaq!".