Azedu.az

LDU-da ilin son infosessiyası keçirilib

Universitetlər

29 Dekabr 2025, 13:45
LDU-da ilin son infosessiyası keçirilib

Lənkəran Dövlət Universitetində BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının 2026-cı ildə Bakı şəhərində keçirilməsi ilə bağlı infosessiya keçirilib.

AzEdu.az xəbər verir ki, tədbiri giriş sözu ilə LDU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dos.Ramiz Şəmmədov açıb. Qeyd edib ki, Azərbaycanın 2024-cü ildə COP29-a uğurla ev sahibliyi etməsi ölkənin qlobal problemlərin müzakirəsində etibarlı tərəfdaş olduğunu bir daha nümayiş etdirdi. İqlim dəyişikliyi kimi mürəkkəb və siyasi cəhətdən həssas bir mövzuda təşkilati və məzmun baxımından yüksək səviyyəli platforma yaratmaq Bakının beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə gücləndirdi. Məhz bu təcrübə fonunda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) 2026-cı ildə Bakıda keçirilməsi təsadüfi qərar deyil. Bu, Azərbaycanın şəhərsalma sahəsində topladığı praktik təcrübənin və konseptual baxışın beynəlxalq səviyyədə
tanınmasının göstəricisidir.

İnfosessiyada LDU-nun dosentləri Afaq Qasımova və dos. Kamal Mahmudovun məruzələri dinlənilib. Məruzələrdə bildirilib ki, WUF13-ün Bakıda keçirilməsi şəhərsalma ilə bağlı qlobal diskussiyaların yenidən bərpası, iqlimə davamlı şəhərlər, inklüziv yaşayış məkanları mövzularında geniş müzakirələrin aparılmasına şərait yaradacaq. Bu forum Azərbaycana azad olunmuş ərazilərdə həyata keçirilən layihələri “canlı nümunə” kimi dünya ictimaiyyətinə təqdim etmək imkanı verəcək. Digər tərəfdən, COP29-da olduğu kimi, WUF13 də Bakının böyük beynəlxalq tədbirləri yüksək səviyyədə təşkil etmək bacarığını bir daha təsdiqləyəcək. Daha önəmlisi isə odur ki, bu forum vasitəsilə Azərbaycan yalnız ev sahibi ölkə kimi deyil, yeni şəhərsalma fəlsəfəsi formalaşdıran faktor kimi çıxış edəcək.

Bu baxımdan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ölkəmizin gələcək inkişaf vizyonunu əks etdirən strateji bir addımdır. Bu qərar işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı yenidənqurma işlərini və şəhərlərimizin müasir simasının formalaşdırılmasını dövlət siyasətinin prioritet istiqaməti kimi bir daha təsdiqləyir.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Distant təhsil xərcləri azaltmaq üçün atılan addımdır?
Son xəbərlərDaha çox