Azedu.az

Azərbaycan Texnologiya Universitetinin "Brend tələbə"ləri mükafatlandırılıb- FOTOLAR

Universitetlər

29 Dekabr 2025, 18:00
Azərbaycan Texnologiya Universitetinin "Brend tələbə"ləri mükafatlandırılıb- FOTOLAR

AzEdu.az Təhsil Portalı və ali məktəblərin birgə təşkilatçılığı ilə həyata keçirilən "Brend tələbə" layihəsi çərçivəsində xüsusi meyarlara uyğun seçilən tələbələrin mükafatlandırılması davam edir.

AzEdu.az və Azərbaycan Texnologiya Universitetinin (ATU) birgə təşkilatçılığı ilə burada təhsil alan “Brend tələbə”lər təltif ediliblər.

Tədbirdə AzEdu.az Təhsil Portalının Gəncə nümayəndəsi Leyla Camalzadə, Azərbaycan Texnologiya Universitetinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Şahmar Həsənov, TGT sədri Həsən Hüseynov həmin statusa layiq görülmüş tələbələr iştirak ediblər.

Mükafatlandırma mərasimi Şahmar Həsənovun nitqi ilə başlayıb. O, “Brend tələbə” adına layiq görülən gəncləri təbrik edib:

175366Tələbələrin zəhməti, əzmkarlığı və fərqlənən fəaliyyətləri gələcəkdə gənclər üçün bir nümunədir. Həmçinin, bu cür uğurlar yalnız şəxsi nailiyyət deyil, eyni zamanda ölkənin gələcəyi üçün böyük töhfədir. Sizlərin hər birinə təhsil, inkişaf və liderlik yolunda davamlı uğurlar arzulayıram".

Daha sonra Leyla Camalzadə tələbələri təbrik edərək çıxışına başlayıb.

175367

O, bildirib ki, "Brend tələbə” adına layiq görülmüş bütün tələbələrin göstərdiyi əzm və nailiyyətlər təqdirəlayiqdir. L.Camalzadə tələbələrə gələcək akademik və şəxsi fəaliyyətlərində uğurlar arzu edib.

Sonda isə “Brend tələbə”lərə təltifnamələri təqdim olunub və xatirə şəkli çəkilib.

2024-2025-ci tədris ili üzrə Azərbaycan Texnologiya Universitetinin (ATU) "Brend tələbə" statusuna layiq görülmüş gəncləri aşağıdakılardır:

Həsən Hüseynov-Yüngül Sənaye və logistika fakültəsinin tələbəsi;

Daniil Korolyev-Qida Mühəndisliyi fakültəsinin tələbəsi

Aysun Məmmədova-Yüngül Sənaye və logistika fakültəsinin tələbəsi;

Cəvahir Mustafayeva-Yüngül Sənaye və logistika fakültəsinin tələbəsi;

Xəyal Nəcəfsoy-Yüngül Sənaye və logistika fakültəsinin tələbəsi;

Sərxan Vəliyev-Yüngül Sənaye və logistika fakültəsinin tələbəsi;

Turanə Bədəlova- Qiyabi və əlavə təhsil fakültəsinin tələbəsi;

Turanə Həsənova- İqtisadiyyat və İdarəetmə fakültəsinin tələbəsi;

Amalya Rzayeva- Avtomatika, Telekommunikasiya və İnformatika fakültəsinin tələbəsi;

Aynur Məhərrəmova- İqtisadiyyat və İdarəetmə fakültəsinin tələbəsi.

Distant təhsil xərcləri azaltmaq üçün atılan addımdır?
Son xəbərlərDaha çox