Azedu.az

MDU-nun "Brend tələbə"ləri mükafatlandırılıb- FOTOLAR

Universitetlər

29 Dekabr 2025, 11:10
MDU-nun "Brend tələbə"ləri mükafatlandırılıb- FOTOLAR

AzEdu.az Təhsil Portalı və ali məktəblərin birgə təşkilatçılığı ilə həyata keçirilən "Brend tələbə" layihəsi çərçivəsində xüsusi meyarlara uyğun seçilən tələbələrin mükafatlandırılması davam edir.

AzEdu.az və Mingəçevir Dövlət Universitetinin (MDU) birgə təşkilatçılığı ilə burada təhsil alan “Brend tələbə”lər təltif ediliblər.

Tədbirdə AzEdu.az Təhsil Portalının Mingəçevir nümayəndəsi Leyla Camalzadə, Mingəçevir Dövlət Universitetinin Sosial məsələlər üzrə rektor müşaviri Elvin Məmmədzadə, İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Qurban Qurbanzadə və həmin statusa layiq görülmüş tələbələr iştirak ediblər.

Mükafatlandırma mərasimi Elvin Məmmədzadənin nitqi ilə başlayıb. O, “Brend tələbə” adına layiq görülən gəncləri təbrik edib:

175320

"Sizləri “Brend tələbə” adına layiq görülməyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Bu uğur sizin əzminizin, zəhmətinizin və universitetimizin dəyərlərinə verdiyiniz töhfənin bariz göstəricisidir. Siz təkcə akademik nailiyyətlərinizlə deyil, eyni zamanda fəallığınız və nümunəvi davranışınızla da seçilirsiniz.

İnanıram ki, bu ad sizi daha böyük hədəflərə ruhlandıracaq və MDU-nu bundan sonra da layiqincə təmsil edəcəksiniz. Hər birinizə yeni uğurlar, möhkəm iradə və parlaq gələcək arzulayıram".

Daha sonra Leyla Camalzadə tələbələri təbrik edib. 

175321

O, bildirib ki, "Brend tələbə” adına layiq görülmüş bütün tələbələrin göstərdiyi əzm və nailiyyətlər təqdirəlayiqdir. L.Camalzadə tələbələrə gələcək akademik və şəxsi fəaliyyətlərində uğurlar arzu edib.

Sonda isə “Brend tələbə”lərə təltifnamələri təqdim olunub və xatirə şəkli çəkilib.

2024-2025-ci tədris ili üzrə Mingəçevir Dövlət Universitetinin (MDU) "Brend tələbə" statusuna layiq görülmüş gəncləri aşağıdakılardır:

Raisə Umudlu-Təhsil fakültəsinin tələbəsi;

Şəmsiyyə Mustafayeva- Təhsil fakültəsinin tələbəsi

Nərgiz Şirinova- Təhsil fakültəsinin tələbəsi;

Elşad Əmrahov- İqtisadiyyat və idarəetmə fakültəsinin tələbəsi;

Namiq Qədimli- İqtisadiyyat və idarəetmə fakültəsinin tələbəsi;

Cəmilə İsmayılova- İqtisadiyyat və idarəetmə fakültəsinin tələbəsi;

Babək Mirzəliyev- İqtisadiyyat və idarəetmə fakültəsinin tələbəsi;

İbrahim Məmmədov- Mühəndislik fakültəsinin tələbəsi;

Ziyad Yusifzadə- Mühəndislik fakültəsinin tələbəsi;

Aytac İsayeva- Mühəndislik fakültəsinin tələbəsi.

Distant təhsil xərcləri azaltmaq üçün atılan addımdır?
Son xəbərlərDaha çox