AzEdu.az Təhsil Portalı və ali məktəblərin birgə təşkilatçılığı ilə həyata keçirilən “Brend tələbə” layihəsi çərçivəsində xüsusi meyarlara uyğun seçilən tələbələrin mükafatlandırılması bu gün Lənkəran Dövlət Universitetində (LDU) davam edib.
AzEdu.az və LDU-nun birgə təşkilatçılığı ilə burada təhsil alan “Brend tələbə”lər təltif ediliblər. Tədbirdə AzEdu.az Təhsil Portalının Lənkəran nümayəndəsi Kamil Kazımov, Lənkəran Dövlət Universitetinin nümayəndələri və həmin statusa layiq görülmüş tələbələr iştirak ediblər.
Mükafatları AzEdu.az Təhsil Portalının Kamil Kazımov təqdim edib.
O, “Brend tələbə” adına layiq görülən gəncləri təbrik edib.
Qeyd edək ki, LDU-nun 10 tələbəsi bu statusa layiq görülüb.
2024-2025-ci tədris ili üzrə Lənkəran Dövlət Universitetinin (LDU) "Brend tələbə" statusuna layiq görülmüş gəncləri aşağıdakılardır:
Esmira Xudaverdiyeva - Aqrar və mühəndislik fakültəsi, Qida mühəndisliyi ixtisası;
Seymur Rzayev - Aqrar və mühəndislik fakültəsi, Torpaqşunaslıq və aqrokimya ixtisası;
Lalə Məhərrəmova - Tarix-coğrafiya və incəsənət fakültəsi, Tarix-coğrafiya müəllimliyi ixtisası;
Atatürk İbrahimov - Tarix-coğrafiya və incəsənət fakültəsi, Tarix-coğrafiya müəllimliyi ixtisası;
Nuranə Novruzlu -Təbiyyat fakültəsi, Riyaziyyat və informatika müəllimliyi ixtisası;
Elmira Rüstəmova - Təbiyyat fakültəsi, Kimya və biologiya müəllimliyi ixtisası;
Elza Talışzadə - İqtisadiyyat və idarəetmə fakültəsi, Mühasibat ixtiası;
Səbuhi Mirzəyev - İqtisadiyyat və idarəetmə fakültəsi, Sosial mədəni sahələrdə xidmətlərin təşkili ixtisası;
Miranə Hüseynova - Filologiya və ibtidai təhsil fakültəsi, Xarici dil (ingilis dili) müəllimliyi, ixtisası;
Nəzrin Soltanlı - Filologiya və ibtidai təhsil fakültəsi, İbtidai sinif müəllimliyi, ixtisası.