Azedu.az

Akademik artım, reytinq yüksəlişi və tələbə nailiyyətləri - AzTU-da 2025...

Universitetlər

20 Dekabr 2025, 15:12
Akademik artım, reytinq yüksəlişi və tələbə nailiyyətləri - AzTU-da 2025...

2025-ci ilin başa çatmasına saylı günlər qaldığı bir vaxtda ali təhsil müəssisələrində aparılan islahatlar və tətbiq olunan yeniliklər xüsusi maraq doğurur.

Bu çərçivədə AzEdu.az Təhsil Portalı ölkənin aparıcı universitetlərinə sorğular ünvanlayıb. Sorğunun məqsədi il ərzində ali təhsil sahəsində baş verən institusional, akademik və innovativ dəyişiklikləri ümumiləşdirərək ictimaiyyətə təqdim etməkdir.

Maraqlıdır, Azərbaycan Texniki Universiteti (AzTU) 2025-ci il ərzində hansı yeniliklər və strateji təşəbbüslərlə yadda qalıb və tələbə həyatına, təhsil keyfiyyətinə hansı töhfələri verib?

Universitetdən sorğumuza cavab olaraq bildirilib ki, 2025-ci ilin yanvar ayında AzTU akademik heyətinin maaşı 20% artırılıb.

AzTU həmçinin dünyanın nüfuzlu reytinq sistemlərindən olan “QS Stars” qiymətləndirmə proqramı çərçivəsində 5 ulduza (“mükəmməl”) layiq görülüb. Ali təhsildə qlobal səviyyədə mühüm uğura imza atıb və ilk dəfə “QS World University Rankings 2026” siyahısına daxil olaraq dünyanın ən yaxşı 1000 universiteti arasında yer alıb. Universitet reytinqdə 851–900 aralığında qərarlaşıb.

Times Higher Education (THE) beynəlxalq reytinq agentliyinin 2026-cı il üzrə açıqladığı nəticələrə əsasən, AzTU dünyanın aparıcı ali təhsil müəssisələri arasında 1501+ pillədə yer alıb.

AzTU “UI GreenMetric World University Rankings 2025” beynəlxalq reytinq nəticələrinə əsasən 835-ci pilləyə yüksəlib (2024-cü ildə 1014-cü).

AzTU tələbələri il ərzində Türkiyənin İstanbul Texniki Universiteti, Bahçeşehir Universiteti, Ankara Universiteti, Üsküdar Universiteti, Orta Doğu Texniki Universiteti (ODTÜ), İstanbul Universiteti – Cərrahpaşa, Özbəkistanın Daşkənd Turin Politexnik Universiteti (TTPU), Almaniyanın Rostok Universiteti və Pakistan İslam Respublikasının Milli Elm və Texnologiya Universitetində (NUST) mübadilə proqramı ilə bir semesterlik təhsil almağa göndərilib.

AzTU-nun SABAH qruplarının tələbəsi Əliyoldaş Əmiraslanlı və Maşınqayırma və Robotexnika fakültəsinin tələbəsi Anabacı Əmiraslanova birgə hazırladıqları “CO2toD” adlı cihaz ilə birinci yerə layiq görülüblər.

AzTU tələbələri tərəfindən hazırlanmış “M.AERO H10” adlı innovativ dron layihəsinin təqdimatı olub. Nəqliyyat və Logistika fakültəsinin 3-cü kurs tələbəsi Rəşvin Şirəlizadə Milli Aviasiya Akademiyasında keçirilən “Mən burdayam” mövzusunda autizm festivalında səmərəli fəaliyyətinə görə İDDO Psixi Sağlamlıq Proqramının təşəkkürnaməsi ilə mükafatlandırılıb.

İnformasiya texnologiyaları və telekommunikasiya fakültəsinin tələbəsi Ramazan Quliyev İtaliyanın Cosenza şəhərində keçirilən ESTIEM təşkilatının “General Assembly” tədbirində iştirak edib.

Radiotexnika və telekommunikasiya ixtisası üzrə III kurs tələbəsi Ahməd İbişov beynəlxalq uğura imza atıb. O, Çinin Huawei şirkətinin “Seeds for the Future” beynəlxalq təcrübə proqramında Azərbaycanı təmsil edən 10 ən yaxşı tələbədən biri seçilərək şirkətdə 1 həftəlik təcrübə imkanı qazanıb.

Xüsusi Texnika və Texnologiya fakültəsinin II kurs tələbəsi Kamal Həsənli VIII Respublika Robot Olimpiadasında “Robomission” kateqoriyası üzrə II yerə layiq görülüb.

Sənaye İqtisadiyyatı və Menecment fakültəsinin tələbəsi statistik olimpiadada uğurlu nəticə göstərib. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti AzTU-da kibertəhlükəsizlik sahəsində fərqlənən 3-cü kurs tələbələri Rəhimli Mahmud Səməd oğlu və Verdizadə Ömər Rüfət oğlu, həmçinin Yüksək Təhsil İnstitutunun magistratura səviyyəsində dövlət informasiya sistemlərinin təhlükəsizliyi ixtisaslaşması üzrə təhsil alan Şükürlü Aydın Elbəyi oğlunu mükafatlandırıb.

AzTU-nun “ZAFER” komandası “TUSAŞ Lift Up 2025 Sənaye Yönümlü Buraxılış İşi – Məzun Layihələri” müsabiqəsinin qalibi olub. Məzun Assosiasiyasının təsis yığıncağı keçirilib. Beynəlxalq standartlar səviyyəsində qurulan Kitabxana İnformasiya Mərkəzinin açılışı olub.

Həmçinin universitetdə İnkubasiya Mərkəzi fəaliyyətə başlayıb. AzTU və “Dithari Technologies” şirkətinin əməkdaşlığı çərçivəsində universitetdə DISC (Digital Innovation, Sustainability & Circularity) İnnovasiya və Dayanıqlılıq Laboratoriyası açılıb.

AzTU ilə S. Utebayev adına Atırau Neft və Qaz Universiteti, D. Serikbayev adına Şərqi Qazaxıstan Texniki Universiteti və Karaqanda Sənaye Universiteti arasında anlaşma memorandumu imzalanıb.

AzTU ilə Türkiyənin Malatya Turgut Özal Universiteti, Özbəkistanın Daşkənd Dövlət Nəqliyyat Universiteti və Daşkənd Perfect University, Türkiyənin Bingöl Universiteti, İsrailin Holon Texnologiya İnstitutu (HIT), Çinin Şanxay Elm və Texnologiya Universiteti, Şərqi Çin Elm və Texnologiya Universiteti, Şanxay Mühəndislik Elmləri Universiteti və Nankin İnformasiya Elmləri və Texnologiyaları Universiteti ilə əməkdaşlıq müqavilələri imzalanıb.

AzTU ilə Kipr Bahçeşehir Universiteti, İsrailin Bar-İlan Universiteti arasında magistratura səviyyəsində elektrik və elektronika mühəndisliyi ixtisası üzrə ikili diplom proqramı haqqında müqavilə imzalanıb. Türkiyənin Sakarya Universiteti və Girnə Universiteti ilə əməkdaşlıq, həmçinin MDU ilə Elektroenergetika Tədqiqat Klasterinin birgə yaradılması üzrə memorandumlar imzalanıb.

Azərbaycanlı trollar Ərdoğana HÜCUM - Bununla şantaj edirlər
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox