Bu gün bizim universitetimiz üçün çox əhəmiyyətli bir gündür. Azərbaycan Memarlıq və İnşaat Universiteti 50 illik yubileyini qeyd edir. Ulu Öndər Heydər Əliyevin şəxsi təşəbbüsü ilə yaradılmış bu universitet 50 il ərzində çox böyük inkişaf yolu keçib.
AzEdu.az xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru memarlıq doktoru, professor Gülçöhrə Məmmədova deyib.
“Yubiley tədbiri bir hesabat tədbiridir. Biz geniş ictimaiyyətə və öz kollektivimizə 50 il ərzində keçdiyi yol barədə danışacağıq. Əldə etdiyimiz nailiyyətlər və qarşıda duran vəzifələr barədə danışacağıq”, - deyə rektor qeyd edib.
Cavid Zahidoğlu