Azedu.az

Universitetlər rəqabətə hazır olmalıdır - Nazir

Universitetlər

18 Dekabr 2025, 12:05
Universitetlər rəqabətə hazır olmalıdır - Nazir

"Universitetlər sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərməlidir".

AzEdu.az xəbər verir ki, bu sözləri Elm və təhsil naziri Emin Əmrullayev AzMİU-nun 50 illik yubileyi ilə bağlı keçirilən təntənəli yığıncaqda bildirib.

Emin Əmrullayev universitetlərin həm ölkə daxilində, həm də dünya təhsil ocaqları ilə rəqabətdə olduğunu qeyd edib.

O vurğulayıb ki, zaman məhduddur və bu baxımdan universitetlər sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərməlidir.

"Özəl sektorla universitetlər daimi əməkdaşlıq etməli, dövlət sektoru ilə isə kadr mübadiləsi davam etməlidir. Bu, xüsusilə sənaye və quruculuq sahələrində əhəmiyyətlidir.

Elmi-tədqiqat işində hələ çox yol getməliyik. AzMİU-da elmi işlərdə müəyyən irəliləyişlər olsa da, qarşıda hələ görüləsi işlər var".

Cavid Zahidoğlu

Putinin başqa yolu qalmadı: Bu şərtləri qəbul edir
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox