Azedu.az

Ulu Öndərin strateji iradəsi milli mühəndislik məktəbini formalaşdırdı

Universitetlər

18 Dekabr 2025, 11:26
Ulu Öndərin strateji iradəsi milli mühəndislik məktəbini formalaşdırdı

Azərbaycan Memarlıq və İnşaat Universitetinin 50 illik yubileyi yalnız bir tarix göstəricisi deyil, bu yubiley ölkəmizdə memarlıq və inşaat təhsilinin formalaşması, milli mühəndislik məktəbinin yaradılması və dövlət tərəfindən ardıcıl dəstəyin nəticəsidir.

AzEdu.az xəbər verir ki, bu sözləri AzMİU-nun rektoru, memarlıq doktoru, professor Gülçöhrə Məmmədova universitetin 50 illik yubileyi ilə bağlı keçirilən təntənəli yığıncaqda bildirib.

Rektor qeyd edib ki, universitetin keçdiyi inkişaf yolu Azərbaycanın ümumi sosial-iqtisadi tərəqqisi ilə sıx bağlıdır və ölkənin intellektual potensialının formalaşmasında mühüm rol oynayıb.

"Ulu Öndər Heydər Əliyevin ali təhsil sisteminə, xüsusilə mühəndislik sahəsinə verdiyi strateji əhəmiyyət AzMİU-nun yaradılmasının və institusional inkişafının əsasını təşkil edib. Universitetin məhz bu siyasi iradə nəticəsində formalaşması, sonrakı illərdə universitet statusu alması və adının Azərbaycan Memarlıq və İnşaat Universiteti kimi təsdiqlənməsi dövlətin mühəndis kadr hazırlığına uzunmüddətli baxışının göstəricisidir.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı quruculuq, şəhərsalma və bərpa prosesləri ali mühəndis təhsilinə yeni keyfiyyət tələbləri formalaşdırır. Ağıllı şəhərlər, yaşıl memarlıq, enerji effektiv tikinti və davamlı inkişaf prinsipləri AzMİU-nun təhsil strategiyasının əsas istiqamətlərini müəyyən edir və universitet bu çağırışlara uyğun olaraq tədris proqramlarını, elmi fəaliyyətini və kadr hazırlığını yeniləyir".

Rektor əlavə edib ki, 50 il ərzində AzMİU Azərbaycanın intellektual və memarlıq potensialını formalaşdırıb:

“Əsrə bərabər 50 il” devizi universitetin tarixini sadəcə zaman ölçüsü kimi deyil, Azərbaycanın inkişafına verilmiş real töhfələrin simvolu kimi təqdim edir. Bu yarım əsr ərzində yetişdirilən on minlərlə memar və mühəndis ölkənin şəhərlərinin, infrastrukturunun, sənaye və nəqliyyat sistemlərinin qurulmasında birbaşa iştirak edib və AzMİU-nu milli intellekt mərkəzinə çevirmişdir".

Cavid Zahidoğlu

Putinin başqa yolu qalmadı: Bu şərtləri qəbul edir
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox