Azərbaycan Universiteti ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
AzEdu.az xəbər verir ki, sənədi Azərbaycan Universitetinin rektoru, filologiya üzrə fəlsəfə doktoru Səadət Əliyeva və ADNSU-nun rektoru, dosent Rüfət Əzizov imzalayıblar. Memorandum Doktorant və Gənc Tədqiqatçıların XXVIII respublika elmi konfransı (NASCO XXVIII) çərçivəsində imzalanıb.
Memorandumun məqsədi tərəflər arasında tədris, elmi-tədqiqat və kadr hazırlığı sahələrində əməkdaşlığın qurulması və möhkəmləndirilməsidir. Sənəd çərçivəsində professor-müəllim heyətinin mübadiləsi, birgə konfrans və simpozium, qısamüddətli kursların təşkili, ortaq elmi-tədqiqat və ömürboyu təhsil proqramlarının həyata keçirilməsi, innovativ tədris və idarəetmə təcrübələri üzrə məlumat mübadiləsinin aparılması, mütəxəssislərin ixtisasının artırılması istiqamətində qarşılıqlı əməkdaşlıq nəzərdə tutulur.
Rektorlar Səadət Əliyeva və Rüfət Əzizov, həmçinin konfrans çərçivəsində bu ali məktəbdə qonaq olan ali təhsil müəssisələrinin rəhbərləri universitetin və ADNSU- nun nəzdində fəaliyyət göstərən UFAZ-ın tədqiqat laboratoriyalarına və kompüter otaqlarına baş çəkiblər. Qonaqlara ADNSU-nun elmi infrastrukturu, innovativ
laboratoriyaları və burada aparılan tədqiqatlar barədə ətraflı məlumat verilib.