Azedu.az

BMU tələbələri “Azərkosmos”un Qobustan mərkəzində olublar

Universitetlər

17 Dekabr 2025, 16:04
BMU tələbələri “Azərkosmos”un Qobustan mərkəzində olublar

Azərbaycan Respublikasının Kosmik Agentliyinin (Azərkosmos) Qobustan rayonunda yerləşən mərkəzinə infotur təşkil olunub. İnfoturda Bakı Mühəndislik Universitetinin “Ekologiya mühəndisliyi”,  “Ətraf mühitin mühafizəsi və təbii resurslardan səmərəli istifadə olunması” ixtisasları üzrə bakalavr və magistratura pilləsində təhsil alan tələbələr iştirak ediblər. 

AzEdu.az xəbər verir ki, infotur çərçivəsində tələbələrə mərkəzin fəaliyyəti haqqında geniş məlumatlar verilib. Təqdimatda mərkəzin qlobal miqyasda rabitə şəbəkəsinin təmin olunmasındakı rolu, regional kosmik mərkəz kimi fəaliyyəti və ölkədə kosmik sənayenin inkişafına verdiyi töhfələr diqqətə çatdırılıb.  

Səfər zamanı tələbələr peyk məlumatlarının yerin məsafədən müşahidəsi, ətraf mühitin idarə edilməsi, dağ-mədən sənayesi və digər sahələrdə tətbiqi ilə tanış olublar. Eyni zamanda peyk platformaları, onların alt sistemləri, peyklərin orbitə görə təsnifatı, “Azersky” yerin məsafədən müşahidə peykinin idarə olunması və həyata keçirilən  əməliyyatlar barədə maraqlı bilgilər təqdim edilib.  

SON DƏQİQƏ! Mehdiyevin adamı qorxudan Rusiyaya qaçdı
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox