Dekabrın 16-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş Doktorantların və gənc tədqiqatçıların XXVIII Respublika elmi konfransı çərçivəsində mühüm əməkdaşlıq sənədləri də imzalanıb.
AzEdu.az xəbər verir ki, tədbir çərçivəsində ADNSU ilə ölkənin bir sıra aparıcı ali təhsil müəssisələri arasında qarşılıqlı əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan memorandumlar rəsmiləşdirilib. NASCO XXVIII çərçivəsində Memorandum imzalanan ali təhsil müəssisələri arasında Lənkəran Dövlət Universiteti(LDU) da var.
İmzalanan sənədlər ali təhsil və elmi-tədqiqat sahəsində əlaqələrin daha da möhkəmləndirilməsinə, birgə elmi layihələrin icrasına, doktorant və gənc tədqiqatçıların elmi fəaliyyətinin stimullaşdırılmasına, akademik mübadilə
imkanlarının artırılmasına xidmət edir.
Memorandumlar çərçivəsində elmi konfransların, seminar və simpoziumların təşkili, birgə nəşrlərin hazırlanması, innovativ tədqiqatların dəstəklənməsi və müasir elmi çağırışlara uyğun əməkdaşlıq mexanizmlərinin yaradılması nəzərdə tutulur.