Azedu.az

UNEC tələbələri “Robotex International 2025” yarışında ölkədə 1-ci olublar

Universitetlər

17 Dekabr 2025, 12:17
UNEC tələbələri “Robotex International 2025” yarışında ölkədə 1-ci olublar

Estoniya Respublikasının paytaxtı Tallin şəhərində keçirilən “Robotex International 2025” beynəlxalq robot texnologiyaları yarışmasının final mərhələsində Azərbaycanı təmsil edən UNEC tələbələri böyük uğura imza atıblar.

AzEdu.az xəbər verir ki, final mərhələsində 32 ölkədən 921 komandanın qatıldığı gərgin və rəqabətli yarışda UNEC-in Rəqəmsal İqtisadiyyat fakültəsinin tələbələrindən ibarət “UNECode” komandası “Stoneridge Entrepreneurship Challenge” kateqoriyası üzrə 56 komanda ilə mübarizə aparıb. İnnovativ yanaşma və peşəkar bacarıqları ilə fərqlənməyi bacaran UNEC tələbələri dünyada 5-ci, region və Azərbaycanda isə 1-ci olublar.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə yarışda iştirak edən “UNECode” komandasında Rəqəmsal İqtisadiyyat fakültəsinin 3-cü kurs tələbələri Aşurbəy Məmmədzadə, Əli Səfərli, Məhəmməd Mərdanov, Zahid Təzəxanov və Tofiq Əliyev təmsil olunublar.

SON DƏQİQƏ! Mehdiyevin adamı qorxudan Rusiyaya qaçdı
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox