Azedu.az

Universitetlərin akkreditasiyası: neçəsi keçib, neçəsi növbədədir?

Universitetlər

16 Dekabr 2025, 09:18
Universitetlərin akkreditasiyası: neçəsi keçib, neçəsi növbədədir?

İnstitusional akkreditasiya ali təhsil müəssisəsinin bütün fəaliyyətinin idarəetmə, tədris, resurslar, tələbə dəstəyi və nəticələr daxil olmaqla, dövlət təhsil standartlarına uyğunluğunu qiymətləndirən rəsmi prosesdir.

Maraqlıdır, bu günə qədər ölkədə neçə ali təhsil müəssisəsi institusional akkreditasiyadan keçib? Akkreditasiya prosesindən ümumiyyətlə keçməmiş ali təhsil müəssisələri mövcuddurmu?

Mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (TKTA) sorğu ünvanlayıb.

Agentlikdən sorğumuza cavab olaraq bildirilib ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiya qərarı ilə 30 sentyabr 2022-ci ildə “Ali təhsil müəssisəsinin institusional akkreditasiyası üzrə qiymətləndirmə Meyarları” və “Ali təhsil müəssisəsinin proqram akkreditasiyası üzrə qiymətləndirmə Meyarları”nın təsdiq edilib:

“Belə ki, son 3 ildə 34 ali təhsil müəssisəsində institusional akkreditasiya həyata keçirilib. Bununla yanaşı, son 2 ildə ali təhsil müəssisələrimizdə 40 proqram akkreditasiyası həyata keçirilib.Akkreditasiya Meyarlarına uyğun olaraq qiymətləndirilən və Akkreditasiya Qaydalarına əsasən, dəyərləndirilən yekun hesabatlar Akkreditasiya Şurasına çıxarılır.

Nümunə üçün qeyd edə bilərik ki, 28 noyabr 2024-cü il tarixində keçirilən Akkreditasiya Şurasının iclas qərarına əsasən, Gəncə Dövlət Universitetinin təkrar akkreditasiyadan keçməsi zəruri hesab edilmişdir. GDU-nun mövcud şəhadətnamələrinin müddəti qanunvericiliyə uyğun olaraq, 2 il müddətinə uzadılmış və təkrar akkreditasiya 2025-ci ilin ikinci yarısında həyata keçirilib.

Bununla yanaşı, sözügedən Şuranın qərarına əsasən, Naxçıvan Müəllimlər İnstitutu, Gəncə Dövlət Universiteti və ADPU Şamaxı filialının “İbtidai sinif müəllimliyi” ixtisası üzrə proqram akkreditasiyası nəticələri də təkrar akkreditasiya zərurətini yaradıb və sözügedən ali təhsil müəssisələrində aidiyyəti ixtisaslar üzrə təkrar dəyərləndirmə cari ilin payızında həyata keçirilib.

Azərbaycan Republikası “Təhsil” haqqında Qanununun 16.3. bəndinə əsasən təhsil müəssisəsinin akkreditasiyası hər 5 ildən bir həyata keçirilir”,- deyə TKTA-dən məlumat verilib.

Rusiyada DƏHŞƏTLİ ANLAR yaşanır - Ukrayna bu yerləri bombalayır
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox