Azedu.az

Ulu öndər Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib

Universitetlər

12 Dekabr 2025, 14:18
Ulu öndər Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib

Ulu öndər Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib

AzEdu.az xəbər verir ki, Lənkəran Dövlət Universitetində (LDU) Azərbaycan xalqının böyük oğlu, Ümummilli lider Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib. LDU-nun rektoru, prof. Natiq İbrahimov başda olmaqla universitetin professor-müəllim-tələbə, işçi heyəti Lənkəran şəhərinin mərkəzində H.Əliyev xatirə parkına gələrək ulu öndərə hörmət və ehtiramlarını bildiriblər. Ümummili liderin abidə kompleksinin önünə təzə-tər payız çiçəkləri düzülüb, xatirəsi 1 dəqiqəlik sükutla anılıb.

Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Mini-Futbol birinciliyinin final oyunu da bu gün keçiriləcək. 1–12 dekabr tarixlərində təşkil olunan yarışlarda fakültə komandaları çempionluq adı uğrunda mübarizə aparırlar. Yarışmada 1-ci və 2-ci yerləri tutan komandalar kubok, medal və diplomla təltif olunacaqlar.

Qeyd edək ki, bu gün LDU-da keçirilən dərslərdə H. Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan dövlətçiliyinin qorunmasındakı misilsiz xidmətləri, başladığı böyük missiyanın, siyasi kursunun layiqli davamçısı, prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi barədə ətraflı söz açılıb.

Rusiyada DƏHŞƏTLİ ANLAR yaşanır - Ukrayna bu yerləri bombalayır
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox