Azedu.az

Azərbaycan Universitetində XII Daxili Şahmat Turniri keçirilib

Universitetlər

11 Dekabr 2025, 09:38
Azərbaycan Universitetində XII Daxili Şahmat Turniri keçirilib

Azərbaycan Universitetində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş XII Daxili Şahmat Turniri keçirilib. “Blts sistem” üzrə keçirilən ənənəvi yarış tələbələrin asudə vaxtlarının səmərəli təşkili və şahmatın kütləviliyinin artırılması məqsədilə təşkil olunub.

Bu barədə AzEdu.az-a universitetdən məlumat verilib.

Bildirilib ki, turnirdə iştirak edən tələbələr fərdi şəkildə mübarizə aparıblar. Universitetin baş məşqçisi Nazim Mehralıyevin hakimliyi ilə keçirilən görüşlər maraqlı mübarizə və gərgin rəqabət ilə yadda qalıb. Turnirin nəticələrinə əsasən Humanitar və sosial elmlər fakültəsinin Politologiya ixtisası üzrə təhsil alan III kurs tələbəsi Üzeyir Kərimov birinci, Dövlət və ictimai münasibətlər ixtisasının II kurs tələbəsi Nail Abdullayev ikinci yerdə qərarlaşıblar. İnformasiya- kommunikasiya texnologiyaları fakültəsinin İnformasiya təhlükəsizliyi ixtisası üzrə təhsil alan III kurs tələbəsi Ayşən Musayeva isə üçüncü yeri tutub.

Qaliblər kubok və sertifikatla mükafatlandırılıblar.

Sertifikasiyanın ikinci mərhələsində müəllimləri YENİLİK gözləyir…
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox