LDU-da “Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirilib.
Bu barədə AzEdu.az-a LDU-dan məlumat verilib.
Lənkəran Dövlət Universitetində tələbələr arasında Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “ECO-FİN QUIZ 2025 – “Nə? Harada? Nə zaman? intellektual yarışması keçirilib.
Yarışdan əvvəl İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, dos. Gülbəniz Əliyeva çıxış edərək Ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, nəsillərə nümunə olan fəaliyyəti, təhsil və gənclər siyasəti, bu siyasətin ölkəmizdə uğurlu həlli, nəticələri barədə iştirakçılara ətraflı məlumat verib, yarışa qatılan komandalara uğurlar arzulayıb.
24 komandanın iştirak etdiyi intellektual yarışma maraqlı və gərgin mübarizə şəraitində keçib, müxtəlif ixisasları təmsil edən 150-ə yaxın tələbə qalib adı uğrunda mübarizə aparıb.Sonda daha yaxşı nəticə göstərən 3 qalib komanda mükafatlandırılıb.