Azedu.az

Universitetdə beynəlxalq konfrans

4 Yanvar 2019, 00:29
Universitetdə beynəlxalq konfrans

Qərbi Kaspi Universiteti Beynəlxalq Alpinizm Federasiyası (UIAA) ilə əməkdaşlıq çərçivəsində mayın 9-dan 12-dək Bakıda “Dağlar: Mədəniyyətlər, landşaftlar və biomüxtəliflik” mövzusunda beynəlxalq konfrans təşkil edəcək. Universitetdən AzEdu.az-a verilən məlumata görə, konfransda alimlər, ekoloqlar, bioloqlar, turizm mütəxəssisləri bir araya gələcək.

Məlumata görə, dünyadakı bütün dağlıq ərazilərə sərhədsiz qaynaqların istismarı (ağır mədənçilik və sıx əkinçilik) və inkişaf edən turizm sektoru öz təsirini göstərir. Bu inkişaf bioloji müxtəlifliyə və dağların populyasiyalarına təzyiq göstərir. Konfransda bu məsələlər ətrafında müzakirələr aparılacaq.

Tramp tətiyə basdı - Xamenei üçün əcəl zəngi çalınır
SORĞU
Ən uğurlu regional təhsil idarəsi hansıdır?
Səs ver
Son xəbərlərDaha çox