Azedu.az

Ali təhsildə davamlı inkişaf və tələbə özünüidarəetməsi

Tələbələr

3 Aprel 2026, 15:36
Ali təhsildə davamlı inkişaf və tələbə özünüidarəetməsi

Müasir dövrdə idarəetmə funksiaysında davamlı inkişaf prinsipi ekoloji məsuliyyət, sosila rifah, iqtisadi dayanıqlılıq və institusional effektivliyin artırılması baxımından bir çox komponentləri özündə birləşdirir. Bu baxımdan ali təhsil müəssisələri cəmiyyətin inkişafının inteqrasiyasında mühüm rol oynayan strateji platformalar kimi çıxış edir. Ali təhsil müəssisələri yalnız bilik istehsal edən məkan deyil, həm də məsuliyyətli vətəndaşlıq, liderlik və iştirakçılıq mədəniyyətinin formalaşdığı institusional mühitdir.

Qlobal səviyyədə Birləşmiş Millətlər Təşkilatı tərəfindən müəyyən edilmiş Dayanıqlı İnkişaf Məqsədləri ali təhsilin konstruktiv inkişafında rolunu daha da aktuallaşdırmışdır. Bu məqsədlər çərçivəsində inklüziv və keyfiyyətli təhsil, məsuliyyətli istehlak, sosial imkanlar və səmərəli tədris metodlarının formalaşdırılması xüsusi əhəmiyyət daşıyır. Ali təhsil müəssisələrinin idarəetmə modelləri də məhz bu prinsiplərə uyğun şəkildə təkmilləşdirilməlidir.

Davamlı inkişafın təhsil sistemində və xüsusilə ali təhsil müəssisələrində tətbiq olunması yalnız inzibati qərarlarla məhdudlaşmır. Bu proses sistem daxilində bütün iştirakçıların – akademik heyətin, inzibati strukturların və tələbə icmasının – fəal və məsuliyyətli kompleks iştirakını tələb edir. Məhz bu kontekstdə tələbə özünüidarəetmə mexanizmi davamlı idarəetmənin əsas kompenti kimi qiymətləndirilə bilər.

Tələbə özünüidaəetməsi ali təhsil müəssisəsində iştirakçılıq modelinin formalaşmasına xidmət edən əsas mexanizmlərdən biridir. Bu təşkilatlanma tələbələrin yalnız sosial və mədəni tədbirlərdə deyil, eyni zamanda qərarvermə prosesində təmsil olunmasına imkan yaradır. Bununla yanaşı müsbət tələbə təşəbbüslərinin dəstəklənməsi də davamlı inkişaf stategiyası baxımından mühüm amildir.

Davamlı inkişaf çərçivəsində tələbə özünüidarəetməsi rolu bir neçə istiqamətdə özünü göstərir. İlk növbədə sosial məsuliyyət və könüllük təşəbbüsləri vasitəsilə tələbələrdə vətəndaş məsuliyyəti, özünüifadə, komanda işi və ümumilikdə ictimai fəallıq güclənir. Digər tərəfdən ekoloji maarifləndirmə və resurslara qənaət yönümlü təşəbbüslər ali məktəblər daxilində davamlı davranış modellərinin təşviqinə xidmət edir. Bundan əlavə, tələbə təşkilatları vasitəsilə irəli sürülən təklif və təşəbbüslər idarəetmədə şəffaflıq və hesabatlılıq prinsiplərinin möhkəmlənməsinə müsbət təsir göstərir. Ali təhsil müəssisələrində davamlı inkişafın daha sistemli şəkildə tətbiqi üçün tələbə özünüidarəetmə strukturlarının strateji planlaşdırma proseslərinə inteqrasiyası zəruruidir. Bu tələbə təşəbüsslərinin institusional prioritetlərə uzlaşdırılmasına və fəaliyyətlərinin uzunmüddətli məqsədyönümlü xarakter daşımasına imkan yaradar. Eyni zamanda davamlılıq indikatorlarının müəyyənləşdirilməsi və fəaliyyətlərinin bu indikatorlar üzrə qiymətləndirilməsi idarəetmənin effektivliyini artırar.

Bu gün ölkəmizdə həyata keçirilən gənclər siyasəti təhsil sahəsində, eyni zamanda sosial, mədəni və peşə hazırlığı sahələrində tələbələrin fərdi inkişafı, asudə vaxtının səmərəli təşkili istiqamətində və onların ictimai fəaliyyətinin artırılması baxımından böyük əhəmiyyət kəsb edir.

2002-ci ildə qəbul edilən “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası qanunu dövlət tərəfindən gənclərlə bağlı görülən işlərin fundamental prinsiplərini müəyyən edir.

Nəticə etibarilə, ali təhsil müəssisələrində davamlı inkişafın təmin olunması kompleks və sistemli yanaşma tələb edir. Tələbə özünüidarəetməsi bu sisteminin ayrılmaz hissəsi kimi iştirakçılıq mədəniyyətinin formalaşmasına, sosial məsuliyyətin gücləndirilməsinə və institusional dayanaqlılığın təmin olunmasına real töhfə verə bilər.

Davamlı idarəetmə modelinin qurulması həyata keçirilən uğurlu struktur islatahatları ilə yanaşı, eyni zamanda aktiv və məsəluyyətli tələbə iştirakının təşviqi ilə mümkün olur.



İxtiyar Mahmudzadə
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Tələbə Gənclər Təşkilatının sədri

ABŞ xüsusi təyinatlıları İran girdi - Q*anlı döyüşlər başladı
Son xəbərlərDaha çox