Tələbələrin təhsil müəssisələri və ixtisaslar üzrə yerdəyişməsi ali təhsil sistemində çevikliyin və seçim imkanlarının vacib göstəricilərindən biridir. Bu proses tələbələrə fərdi maraq və akademik göstəricilərinə uyğun daha uyğun istiqamət seçmək imkanı yaradır. Eyni zamanda, yerdəyişmə mexanizmi təhsil sistemində keyfiyyətin və rəqabət mühitinin inkişafına töhfə verir.
Maraqlıdır, son iki ildə neçə tələbə yerdəyişmə edib?
Mövzu ilə bağlı AzEdu.az-ın Elm və Təhsil Nazirliyindən əldə etdiyi məlumata görə, 2025-2026-ci tədris ili üçün ali və orta ixtisas təhsil müəssisələrində təhsil alan ümumilikdə 1687 tələbə təhsil müəssisəsinin, ixtisasın və təhsilalma formasının dəyişdirilməsi üçün müraciət edib və 958 müraciət müsbət nəticə ilə yekunlaşıb.
2024-2025-ci tədris ili üçün ümumilikdə 2575 tələbə təhsil müəssisəsinin, ixtisasın və təhsilalma formasının dəyişdirilməsi üçün müraciət edib və 1054 müraciət müsbət nəticə ilə yekunlaşıb.