Azedu.az

100 tələbə süni intellekt üzrə təhsil alır

Tələbələr

11 Mart 2026, 12:36
100 tələbə süni intellekt üzrə təhsil alır

Milli Süni İntellekt Akademiyasında 100-ə yaxın tələbə təhsil alır. 

AzEdu.az məlumatına görə, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün “Kənd təsərrüfatında süni intellektin tətbiqi: nəticələr və perspektivlər” mövzusunda keçirdiyi ictimai dinləmədə Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov deyib. 

“Bu, altı aylıq bir proqramdır. Yarandığı gündən etibarən Süni İntellekt Akademiyası London Imperial College, Carnegie Mellon Universiteti, Massaçusets Texnologiya İnstitutu (MIT), Harvard və Stanford universitetləri ilə aktiv əməkdaşlığa başlamışdır. Bu altı aylıq proqram çərçivəsində tələbələrə həm dərin riyaziyyat bilikləri, həm də “machine learning” və “deep learning” sahələrində biliklər verilir. Təbii ki, hələlik tələbələrin sayı çox deyil – təxminən yüz nəfərdir və artıq yaxın zamanda ilk məzunlar bu proqramı başa vuracaqlar.

Bu fəaliyyətin əsas məqsədi ilkin mərhələdə həm dövlət, həm də özəl sektorda süni intellekt mühəndislərinə olan tələbatı qısa müddətdə müəyyən qədər qarşılamaqdır. Təbii ki, bu tip akademiyalar ölkə səviyyəsində bütün ehtiyacları tam təmin edə bilməz” – deyə o qeyd edib.

Ölkəmiz hökumətlərin süni intellektə hazırlıq indeksi üzrə 195 ölkə arasında artıq 70-ci yerə yüksəlib.
 

Xamenei ö*lməyib, KOMADADIR! - Pezeşkianın oğlundan şok açıqlama
Son xəbərlərDaha çox