Azedu.az

Tehrandakı tələbələr səfirliklərin köməyinə üz tutdu

Tələbələr

11 Mart 2026, 10:20
Tehrandakı tələbələr səfirliklərin köməyinə üz tutdu

İranda başlayan hərbi hücumlar ölkədə yaşayan minlərlə xarici tələbəni təşviş içində qoyub. Onların arasında olan pakistanlı tələbələr isə partlayış səsləri, yaranan xaos və tələsik təxliyə anlarını xatırlayaraq müharibənin ilk günlərində yaşadıqları qorxu və qeyri-müəyyənlikdən danışırlar. Tehranda təhsil alan bəzi tələbələr təhlükəsiz şəkildə ölkələrinə qayıtmaq üçün səfirliklərin köməyinə üz tutduqlarını bildirirlər

AzEdu.az "Al Jazeera"yə istinadən xəbər verir ki, 23 yaşlı pakistanlı tibb tələbəsi Məhəmməd Rza İranın paytaxtı Tehranda yerləşən Tehran Tibb Elmləri Universitetinin xəstəxanasında həkimlərə kömək edərkən güclü partlayış səsi eşidib. Bu, İsrail və ABŞ-nin fevralın 28-i səhər saatlarında birgə əməliyyat çərçivəsində İrana endirdiyi zərbələrin ilk anları idi.

Rza çərşənbə axşamı İslamabada gedən avtobusdan Əl-Cəzirəyə bildirib ki, hücum xəbərləri əvvəlcədən yayılıb:

“Qaçılmaz hücum barədə eşidirdik. Zərbə endiriləndə böyük panika yaşadım”.

Digər pakistanlı tibb tələbəsi 24 yaşlı Məhəmməd Tauqir isə bildirib ki, hücum başlayanda kampusdan kənarda idi. Onun sözlərinə görə, ilk partlayışdan sonra Tehranda xaos yaranıb.

“Müəllimlərimiz xarici tələbələrə səfirliklərimizlə əlaqə saxlamağı və yataqxanalara qayıtmağı tapşırdı”,- deyə Tauqir doğma şəhəri Çanqaya gedən avtobusdan danışarkən bildirib.

Pakistanın Tehrandakı səfirliyi vətəndaşlarını təxliyə məqsədilə şənbə axşamına qədər səfirliyə gəlməyə çağırıb. Yüzlərlə tələbə və vətəndaş paltar, noutbuk, dərsliklər, sənədlər və nağd pul da daxil olmaqla zəruri əşyaları ilə səfirliyə üz tutub.

Bir çox pakistanlı tələbə isə baş verənlərin həyatlarında dərin iz buraxdığını qeyd edib. Onların sözlərinə görə, bombardman səsləri və yaşanan panika hələ də yaddaşlarından silinməyib.

İrandakı Rus diplomatlar vuruldu - Pezeşkiandan Putinə TƏCİLİ ZƏNG
Son xəbərlərDaha çox