Azedu.az

Tələbələri şantaj edən şəxsi hansı cəzalar gözləyir? - QANUN

Tələbələr

25 Fevral 2026, 13:11
Tələbələri şantaj edən şəxsi hansı cəzalar gözləyir? - QANUN

Son günlər sosial şəbəkələrdə Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində təhsil alan bir qrup qız tələbənin sosial şəbəkələrdəki şəkillərinin icazəsiz istifadə edildiyi iddia olunur.

Belə ki, naməlum şəxs tələbələrin “TikTok” profillərindən götürülmüş fotoları saxta montajlarla hazırlayaraq platformada yayımlayıb. Hazırda zərərçəkənlərin məsələsi ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.

Maraqlıdır, həmin şəxsləri hansı cəza gözləyir?

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən vəkil Esmira Rzayeva bildirib ki, hər bir tələbənin şərəf və ləyaqəti qanunla qorunur və internet üzərindən edilən təhqir və ya şantaj halları cinayət məsuliyyəti yarada bilər:

"Azərbaycan Respublikasının Cinayət Məcəlləsi-nin 148-ci maddəsinə əsasən, kütləvi çıxışda və ya internet informasiya ehtiyatında şəxsin şərəf və ləyaqətinin nalayiq formada alçaldılması təhqir hesab olunur və buna görə cinayət məsuliyyəti nəzərdə tutulur".

Tələbələrin foto və məlumatlarının yayılması ciddi hüquqi məsələdir:

"Əgər tələbələrin şəkilləri və ya şəxsi məlumatları onların razılığı olmadan paylaşılır və alçaldıcı şərhlərlə müşayiət olunursa, bu artıq hüquqi qiymət tələb edən haldır. Belə hallarda sübutlar toplanmalı (screenshot, link və s.), Hüquq-mühafizə orqanlarına müraciət edilməli və zərurət olduqda məhkəməyə müraciət edilərək mənəvi zərərin ödənilməsi tələb olunmalıdır".

Vəkil vurğulayıb ki, sosial mediada fikir azadlığı mövcuddur, lakin bu azadlıq başqasının ləyaqətini alçaltmaq hüququ vermir.

Televiziyalarda TƏMİZLƏMƏ ƏMƏLİYYATI - Onların kitabı bağlanır!
Son xəbərlərDaha çox