Azedu.az

Azərbaycanda təhsil alan əcnəbilərin ən çox seçdiyi İXTİSASLAR

Tələbələr

13 Fevral 2026, 12:22
Azərbaycanda təhsil alan əcnəbilərin ən çox seçdiyi İXTİSASLAR
Azərbaycanlı tələbələr dövlət proqramları çərçivəsində xarici ölkələrdə təhsillərini dövlət hesabına davam etdirə bilirlər. Eyni zamanda, ölkəmizdə də xarici vətəndaşlara dövlət maliyyələşdirməsi ilə ali təhsil almaq imkanı verilir.

Son beş il ərzində Azərbaycan Respublikasında dövlət hesabına (pulsuz) təhsil alan əcnəbi tələbələr arasında ən çox hansı ixtisas istiqamətləri üzrə təhsil aldıqları müşahidə olunur?

Mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə sorğu ünvanlayıb.

Agentlikdən sorğumuza cavab olaraq bildiriliib ki, son beş il ərzində əcnəbi təhsilalanların sayında davamlı və əhəmiyyətli artım müşahidə olunur:

"Sözügedən artım xarici tələbələrin cəlbi istiqamətində həyata keçirilən məqsədyönlü dövlət siyasəti, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, habelə müxtəlif Hökümətlərarası Təqaüd Proqramları və Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı kimi təşəbbüslərin tətbiqi ilə birbaşa əlaqəlidir.

Sözügedən tələbələr daha çox ölkənin aparıcı ali təhsil müəssisələrində təhsil almağa üstünlük verirlər. İxtisas istiqamətləri üzrə isə əsasən texniki və texnoloji sahələr, humanitar və sosial ixtisaslar, iqtisadiyyat və idarəetmə, tibb, həmçinin təhsil ixtisasları daha çox seçilən istiqamətlər kimi diqqət çəkir. Bu tendensiya əmək bazarının tələblərinə uyğun ixtisaslara marağın yüksək olduğunu göstərir",- deyə EATDA-dan məlumat verilib.

Mehdiyevin Rusiyadakı qardaşları - Əlaqələr necə qurulub?
Son xəbərlərDaha çox