2025-2026-cı tədris ilinin yaz semestri üzrə təhsil tələbə kreditlərinə müraciət prosesi 1 fevral tarixindən etibarən başlayıb.
Maraqlıdır, bu günə qədər neçə müraciət daxil olub?
Mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı Təhsil Tələbə Krediti Fonduna (TTKF) sorğu ünvanlayıb.
Fonddan sorğumuza cavab olaraq bildirilib ki, 2025-2026-cı tədris ilinin yaz semestri üzrə Fonda məxsus e-ttkf.edu.az elektron portala 1 fevral tarixindən bu günə qədər 3957 müraciət daxil olmuşdur.
"Belə ki, bu müddət ərzində 1420 təhsil tələbə krediti (TTK) müqaviləsi rəsmiləşdirilmişdir. Rəsmiləşdirilən müqavilələrin 427-si sosial növ, 993-ü isə standart növ təhsil tələbə kreditidir.",- deyə qurumdan məlumat verilib.