Azedu.az

16 mindən çox tələbə təhsil kreditinə müraciət edib

Tələbələr

5 Fevral 2026, 10:16
16 mindən çox tələbə təhsil kreditinə müraciət edib

2025–2026-cı tədris ili üzrə payız semestri üçün qeydiyyat tarixi bitib.

Maraqlıdır, neçə nəfər təhsil tələbə kreditinə müraciət edib?

Mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı Təhsil Tələbə Krediti Fonduna (TTKF) sorğu ünvanlayıb.

Fonddan sorğumuza cavab olaraq bildirilib ki, 2025–2026-cı tədris ilinin payız semestri üzrə Fonda məxsus e-ttkf.edu.az elektron portala 16537 müraciət daxil olub:

"Bu müddət ərzində 14305 təhsil tələbə krediti (TTK) müqaviləsi rəsmiləşdirilmişdir. Rəsmiləşdirilən müqavilələrin 5013-ü sosial növ, 9292-si isə standart növ təhsil tələbə kreditidir.Statistikaya əsasən payız semestri üzrə təhsil tələbə kreditlərinə edilən müraciətlərin gender nisbəti kişi cinsi üzrə rəsmiləşmə sayı 4759 (33 %), qadın cinsi üzrə rəsmiləşmə sayı isə 9546 (67 %) dir.

Ümumilikdə, Fond fəaliyyətə başladığı gündən etibarən bu günədək elektron portala 88787 müraciət daxil olmuş, bunlardan 71980 təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirilmişdir. Bu müqavilələr arasında:

- 47061 (65.38 %) standart növ təhsil tələbə krediti,

- 24919 (34.62%) sosial növ təhsil tələbə krediti təşkil edir.

Qeyd edək ki, 2025/2026-cı tədris ilinin yaz semestri üzrə təhsil tələbə kreditlərinə müraciət artıq 1 fevral tarixindən başlayıb".

Müraciət prosesi semestr sonuna kimi davam edəcəkdir.

Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!
Son xəbərlərDaha çox