Azedu.az

Tələbə respublika birinciliyinin qalibi olub

Tələbələr

30 Dekabr 2025, 10:32
Tələbə respublika birinciliyinin qalibi olub

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin “Tədbirlərin təşkili və planlaşdırılması” ixtisası üzrə yüksək texniki peşə təhsili alan Natiqə Qaytaranova kyokuşin karate idman növü üzrə respublika birinciliyinin qalibi olub.

AzEdu.az xəbər verir ki, 18–21 dekabr tarixlərində keçirilən ölkə çempionatında Natiqə uğurla çıxış edərək birinci yerə layiq görülüb və Azərbaycanı beynəlxalq arenada təmsil etmək hüququ qazanıb.

Bu uğur tələbəmizin əzmkarlığının və peşəkar yanaşmasının bariz nümunəsidir. Təbrik edirik və gələcək yarışlarda uğurlar arzulayırıq.

Distant təhsil xərcləri azaltmaq üçün atılan addımdır?
Son xəbərlərDaha çox