Azedu.az

“Parla” təqaüdündə ən çox qalib bu universitetdəndir

Tələbələr

19 Dekabr 2025, 14:12
“Parla” təqaüdündə ən çox qalib bu universitetdəndir

Təhsilin İnkişafı Fondu ilə “NEQSOL Holding”in birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Parla” təqaüd və inkişaf proqramı üzrə qaliblərin adları elan edilib.

AzEdu.az-ın əldə etdiyi məlumata əsasən, qaliblər ölkənin aparıcı ali təhsil müəssisələrini təmsil edir.

Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU) – 14 nəfər;

Bakı Ali Neft Məktəbi – 12 nəfər;

Azərbaycan–Fransız Universiteti (UFAZ) – 4 nəfər;

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) – 4 nəfər;

ADA Universiteti – 3 nəfər;

Xəzər Universiteti – 2 nəfər;

Qarabağ Universiteti – 2 nəfər;

Azərbaycan Texniki Universiteti – 2 nəfər;

Milli Aviasiya Akademiyası – 2 nəfər;

Bakı Mühəndislik Universiteti – 1 nəfər;

Dövlət Gömrük Komitəsinin Akademiyası – 1 nəfər;

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası – 1 nəfər;

Bakı Dövlət Universiteti – 1 nəfər;

Bakı Avrasiya Universiteti – 1 nəfər.

Ən çox qalib Azərbaycan Dövlət İqtisad UniversitetiBakı Ali Neft Məktəbi tələbələri arasındandır. Bu da proqramın əsasən iqtisadiyyat, idarəetmə və texniki sahələrdə təhsil alan, yüksək akademik və şəxsi inkişaf potensialına malik gəncləri əhatə etdiyini göstərir.

Qeyd edək ki, proqrama ümumilikdə 1170 nəfər müraciət edib. Seçim meyarlarına uyğun gələn 167 namizəd müsahibə mərhələsinə vəsiqə qazanıb. Müsahibə zamanı namizədlərin hədəfləri, sosial vəziyyəti, dərsdənkənar fəallıqları qiymətləndirilib. Seçim prosesinin bütün mərhələlərini uğurla tamamlayan 50 tələbə qız “Parla” təqaüd və inkişaf proqramının qalibi olub.

Azərbaycanlı trollar Ərdoğana HÜCUM - Bununla şantaj edirlər
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox