Azedu.az

Təhsil tələbə krediti alan məzunlardan 300-dən çoxu işlə təmin olunub

Tələbələr

15 Dekabr 2025, 15:00
Təhsil tələbə krediti alan məzunlardan 300-dən çoxu işlə təmin olunub

Təhsil müəssisələrində ödəniş intizamı, tədris prosesinin davamlılığını və maliyyə sabitliyini təmin edən əsas amillərdən biridir. Bəzi tələbələr isə müxtəlif səbəblərə görə ödəniş öhdəliyini tam olaraq yerinə yetirməməyə qərar verir. Mövcud vəziyyətin təhlili, həm tələbələrin ehtiyaclarının daha yaxşı anlaşılması, həm də təhsil müəssisələrinin dəstək mexanizmlərini təkmilləşdirməsi baxımından mühüm əhəmiyyət daşıyır.

AzEdu.az Təhsil Portalı mövzu ilə əlaqədar Təhsil Tələbə Krediti Fonduna (TTKF) bir neçə suallar ünvanlayıb.

Həmin sual və cavabları təqdim edirik:

Ödənişini son aylar ərzində gecikdirən tələbələr varmı?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 24 iyul tarixli 226 nömrəli Qərarı ilə “Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi” Qaydasına əsasən, təhsil tələbə kreditindən faydalanan hər bir tələbə məzun olduqdan sonra 2 il müddətinə güzəşt dövrü əldə edir. Bu müddətdə tələbədən kreditin geri ödənilməsi tələb olunmur və götürdüyü kreditə faiz hesablanmır. Bu, məzunların əmək fəaliyyətinə başlaması üçün kifayət qədər vaxt qazanmasına imkan yaradır.

Ümumiyyətlə, ödənişlərini müəyyən müddətə gecikdirən tələbələr mövcuddur, lakin bu hallar çox azdır. Statistikaya əsasən, geri ödənişini gecikdirən məzunların payı cəmi ümumi məzun sayının 0.9 %-ni təşkil edir. Müvəkkil bankın ünsiyyəti ilə yanaşı, Fond da belə hallarla bağlı tələbələrlə mütəmadi əlaqə saxlayır, gecikmələrin aradan qaldırılması üçün dəstək göstərir. TTK-dan yararlanmış yuxarı kurs tələbələri və məzunlar üçün müxtəlif təlim və təcrübə proqramları təklif olunur. Belə ki, Fond tərəfindən indiyənə qədər 1500 nəfər tələbə və məzun təlim və təcrübə proqramlarına cəlb olunub və 300-dən çox məzun işlə təmin olunub.

Bu vaxta qədər ödənişdən tam imtina edən tələbələrin sayı nə qədərdir?

Hər bir tələbə TTK üçün müraciət etdikdə ödəniş öhdəliyini də hüquqi tərəfdən qəbul edir. Bu baxımdan yalnız kreditin ödənişində gecikmə halları müşahidə olunur və bunun da statistik göstəricisi yuxarıdakı suala cavab olaraq verilib.

Geri ödənişin gecikməsinin əsas səbəbi nədir?

Geri ödənişin gecikməsinin əsas səbəbi məzunun əmək bazarına tam inteqrasiya olmaması və ya ixtisasına uyğun iş tapa bilməməsi ilə bağlıdır. Tələbəyə ayrılan güzəşt müddətindən sonrakı dövr ərzində onun işlə təmin olunması, lakin müəyyən müddətdən sonra iş fəaliyyətini itirməsi və növbəti iş tapana qədər yaranan müvəqqəti məşğulluq problemləri də gecikmələrə səbəb ola bilər.

Ödənişdən imtinanın maddi, şəxsi və ya tədrisə bağlı səbəbləri varmı?

Ödənişdən imtinanın qeyd olunan səbəblərini Fond müəyyən etmir. İstənilən səbəblərdən ödənişdən imtina halları olarsa, qaydalarla müəyyən edilmiş hüquqi mexanizmlər işə düşür. Belə ki, proses Baş Sazişin tələblərinə uyğun olaraq müvəkkil bank tərəfindən həyata keçirilir.

Rusiyada DƏHŞƏTLİ ANLAR yaşanır - Ukrayna bu yerləri bombalayır
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox