Azedu.az

Qəzadakı Səlihət 2 gün əvvəl məktəbdən çıxıbmış 

Təhsil stendi

Region təhsili

Şəki-Zaqatala

26 Dekabr 2024, 11:54
Qəzadakı Səlihət 2 gün əvvəl məktəbdən çıxıbmış 

Dünən AZAL-ın qəzaya uğrayan təyyarəsində olan sərnişinlərdən 8 nəfəri Zaqatala rayonunun Danaçı kəndindəndir.

 

Onlardan 6-sı həlak olub, 2-si isə yaralanıb.

 

AzEdu.az-ın əldə etdiyi məlumata əsasən, sərnişinlər arasında 2008-ci il təvəllüdlü Səlihət Ceerova da var.

 

O, orta təhsilini Danaçı kəndində alıb.

 

Xarici ölkəyə gedəcəkləri üçün dekabrın 23-ü valideynləri ərizə yazaraq onu məktəbdən çıxarıblar.

 

Qeyd edək ki, o, dünən anasına səslənərək yaxşı olduğunu, atası Xizri Ceerovdan isə xəbər almadığını bildirib. 

Distant təhsil xərcləri azaltmaq üçün atılan addımdır?
Son xəbərlərDaha çox