Azedu.az

Emin Əmrullayev yüksək dövlət təltiflərinə layiq görülmüş alimlərlə görüşüb

Təhsil Nazirliyi

4 Dekabr 2025, 16:04
Emin Əmrullayev yüksək dövlət təltiflərinə layiq görülmüş alimlərlə görüşüb

Dekabrın 3-də elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə ölkə başçısının müvafiq sərəncamına əsasən Azərbaycan elminin inkişafında xidmətlərinə görə təltif edilən bir qrup alimlə görüşüb.

AzEdu.az xəbər verir ki, görüş zamanı nazir Emin Əmrullayev son illərdə elmin inkişafı istiqamətində atılan əsas addımlar, aparılan struktur islahatları, elmi fəaliyyətin stimullaşdırılması, gənc tədqiqatçıların dəstəklənməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi sahəsində görülən işlər barədə ətraflı məlumat verib. 

Daha sonra nazir alimlərin hər birini təbrik edərək onlara dövlət təltiflərini təqdim edib. 

Alimlər də öz növbələrində göstərilən etimada və əməyə verilən dəyərə görə təşəkkürlərini bildirib, elmin inkişafına mane olduğunu düşündükləri məsələlərə diqqət çəkib, mövcud proseslərlə bağlı fikirlərini bölüşüblər. Onlar görülən işlərin əhəmiyyətini vurğulayıb və bu cür görüşlərin mütəmadi keçirilməsinin önəmini qeyd ediblər.

Rusiyayla Ukrayna sərt xəbərdarlıq dayandırın!
Son xəbərlərDaha çox