Azedu.az

Ötən ay Elm və Təhsil Nazirliyinə 24 minə yaxın müraciət daxil olub

Təhsil Nazirliyi

2 Dekabr 2025, 16:16
Ötən ay Elm və Təhsil Nazirliyinə 24 minə yaxın müraciət daxil olub

Noyabrın 16-dan 30-dək Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarına 23 610 vətəndaş müraciəti daxil olub.

AzEdu.az xəbər verir ki, müraciətlərin 14 006-sı çağrı mərkəzləri, 5 161-i elektron, 1103-ü  isə yazılı formada yönləndirilib. Həmçinin vətəndaş qəbulu zamanı 3 340 müraciət qeydə alınıb.

Müraciətlər şagirdlərin elektron yerdəyişməsi, eksternat imtahanı, xarici diplomların təsdiqi, direktorların işə qəbulu imtahanları, “Rəqəmsal məktəb” və digər məsələlərlə bağlı olub.

SON DƏQİQƏ! Çörək bahalaşdı, pensiyalar bu qədər artır
Son xəbərlərDaha çox