Azedu.az

Məktəblilərarası Milli Hakaton finala doğru

Təhsil Nazirliyi

28 Noyabr 2025, 13:33
Məktəblilərarası Milli Hakaton finala doğru

Elm və Təhsil Nazirliyinin dəstəyi,  “Alqoritmika” beynəlxalq proqramlaşdırma və riyaziyyat məktəbinin təşkilatçılığı ilə keçirilən Məktəblilərarası Milli Hakaton – 2025 ölkə üzrə minlərlə məktəblini innovasiya və texnologiya ətrafında bir araya gətirib.

AzEdu.az xəbər verir ki, layihə şagirdlərdə innovativ düşüncə, komandada işləmək və rəqəmsal bacarıqları inkişaf etdirməyi hədəfləyir. Yarışa 350.000-dən çox məktəbli qoşulub, onlardan 300 nəfər final mərhələsinə vəsiqə qazanıb. Final mərhələsi 28–30 noyabr tarixlərində baş tutacaq. Müsabiqənin qaliblərinin mükafatlandırılması isə 1 dekabrda keçiriləcək.

Finalda komandalar turizm, ekologiya, maliyyə, mədəniyyət və incəsənət üzrə layihələr hazırlayaraq veb-saytlar, mobil tətbiqlər və oyunlar təqdim edəcəklər. Yarışın yekununda 30 qalib müəyyən olunacaq.

Məktəblilərarası Milli Hakaton – 2025 gənc istedadların texnologiya sahəsində inkişafını dəstəkləyən mühüm təşəbbüsdür. Elm və Təhsil Nazirliyi bu kimi layihələrlə şagirdlərin innovasiya potensialını daha da gücləndirməyi məqsəd qoyur.

Qeyd edək ki, proqramlaşdırma üzrə keçirilmiş müsabiqənin əsas məqsədi məktəblilər arasında rəqəmsal bacarıqların inkişafına dəstək olmaq, proqramlaşdırma sahəsində onların biliklərini artırmaq, IT üzrə istedadlı məktəbliləri müəyyən edərək onlar üçün gələcək inkişaf imkanları yaratmaqdır.

Abituriyentlərə yeni fənn sürprizi – Buraxılış imtahanında nə dəyişə bilər?
Son xəbərlərDaha çox