Azedu.az

Emin Əmrullayev QS Avrasiya Forumunda çıxış edib

Təhsil Nazirliyi

26 Noyabr 2025, 09:24
Emin Əmrullayev QS Avrasiya Forumunda çıxış edib

Elm və təhsil naziri Emin Əmrullayev Özbəkistan Respublikasının Daşkənd şəhərində "Quacquarelli Symonds" (QS) qlobal reytinq agentliyinin təşkilatçılığı və Mərkəzi Asiya Universitetinin ev sahibliyi ilə keçirilən QS Avrasiya Forumunda çıxış edib. 

AzEdu.az xəbər verir ki, çıxış zamanı ölkəmizdə beynəlmiləlləşmə və elmi-tədqiqat imkanları barədə məlumat verilib, o cümlədən ali təhsil müəssisələrinin qlobal rəqabət qabiliyyətinin artırılması istiqamətində həyata keçirilən tədbirlər qeyd olunub.

Əlavə olaraq, forum çərçivəsində müvafiq sahə üzrə nazir və nazir müavinlərinin, o cümlədən qabaqcıl universitetlərin rəhbər heyətinin iştirakı ilə "dəyirmi masa" təşkil olunub. 

"Dəyirmi masa" zamanı ali təhsil müəssisələrinin institusional fəaliyyət göstəriciləri, məşğulluq nəticələri, ali təhsildə dayanıqlılıq kimi mövzular ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, forumda həmçinin Azərbaycanın bir neçə qabaqcıl ali təhsil müəssisəsi nümayəndə heyəti ilə təmsil olunur.

Əli Kərimli Mehdiyevə görə HƏRƏKƏTƏ KEÇDİ -Onu belə müdafiə etdi
Son xəbərlərDaha çox