Azedu.az

Emin Əmrullayev özbəkistanlı həmkarı ilə görüşüb

Təhsil Nazirliyi

25 Noyabr 2025, 10:23
Emin Əmrullayev özbəkistanlı həmkarı ilə görüşüb

Özbəkistanın Daşkənd şəhərində “QS Avrasiya Forumu 2025” çərçivəsində elm və təhsil naziri Emin Əmrullayev Özbəkistan Respublikasının məktəbəqədər və ümumi təhsil naziri Ezozxon Karimova ilə görüşüb.

AzEdu.az xəbər verir ki, görüş zamanı məktəbəqədər və ümumi təhsil sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf istiqamətləri müzakirə olunub.

Tərəflər təcrübə və məlumat mübadiləsinin genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi, həmçinin məktəbəqədər və ümumi təhsil sisteminin müasirləşdirilməsi istiqamətində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.

Ermənini qucaqlayan SÖYÜLÜR, FAHİŞƏLİYƏ qadağa- Ölkədə nə baş verir?
Son xəbərlərDaha çox