“2027-ci ildə sertifikatlaşdırma prosesində ikinci dəfə uğurla keçəcəkolan müəllimlər üçün əməkhaqqı artımı ilə bağlı vahid əmsalın tətbiqini düşünürük. Bu rəqəmin şərti olaraq müəllim əməkhaqqısını əsaslı şəkildə artıracaq bir rəqəm kimi görürürük”.
AzEdu.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev İTV-nin “Diqqət mərkəzi” proqramında çıxışında deyib.
Nazirin sözlərinə görə, 2027-ci ildə sertifikatlaşdırmadan ikinci dəfə də uğurla keçən müəllimin əməkhaqqısı yenə 10 faiz artsa, onun həyatında nə isə dəyişməyəcək: “ Müəllimi ikinci dəfə imtahan edib yenə 10 faiz əlavə verməyin mənası yoxdu. Həyatında heç nə dəyişmir. Müəllim üçün də bir motivasiya olmalıdır ki sertifikatlaşdırma prosesinə həvəsli olsun. Bizə lazım olan yaxşı müəllimlərlə işləmək, onların rifah səviyyəsini qaldırmaqdır”.
Nazir qeyd edib ki, müəllimlərin əməkhaqqısı ilə bağlı təklif olunan yeni mexanizmin əsas məqsədlərindən biri də elə müəllim nüfuzunun artırılması, rifahının yüksəldilməsi, iş şəraitinin yaxşılaşdırılmasıdır.