Azedu.az

ETN: 18 087 vətəndaş müraciəti daxil olub

Təhsil Nazirliyi

18 Noyabr 2025, 12:35
ETN: 18 087 vətəndaş müraciəti daxil olub

Noyabrın 1-dən 15-dək Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarına 18 087 vətəndaş müraciəti daxil olub.
 
Bu barədə AzEdu.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Müraciətlərin 12 531-i çağrı mərkəzləri, 2 316-sı elektron, 869-u isə yazılı formada yönləndirilib. Həmçinin vətəndaş qəbulu zamanı 2 371 müraciət qeydə alınıb. 

Müraciətlər olimpiada və müsabiqələr , eksternat imtahanı, direktorların işə qəbulu imtahanı, xarici diplomun təsdiqi və digər məsələlərlə bağlı olub.

Şok İddia - ABŞ Azərbaycan səfirliyini vurub
Son xəbərlərDaha çox