Azedu.az

5 il ərzində STEAM təhsili minlərlə gəncin həyatına təsir edib

Təhsil Nazirliyi

17 Noyabr 2025, 11:40
5 il ərzində STEAM təhsili minlərlə gəncin həyatına təsir edib

"Bu gün biz böyük məmnunluq və fəxr hissi ilə "STEAM Azərbaycan" festivalının 5 illik yubileyini qeyd edirik".

AzEdu.az xəbər verir ki, bu sözləri Elm və Təhsil naziri Emin Əmrullayev “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə Beynəlxalq STEAM Azərbaycan (SAF-2025) festivalında çıxışı zamanı qeyd edib.

"Bu beşillik müddət ərzində ölkəmizdə STEAM təhsili və bu sahədəki hərəkat kifayət qədər inkişaf edərək, əhatə dairəsini genişləndirmiş, yalnız bugünkü mənzərə ilə deyil, eyni zamanda minlərlə insanın, xüsusilə də məktəblilərin və müəllimlərin həyatına müsbət təsir göstərmişdir. STEAM metodologiyasının tətbiqi təhsilalanlarda motivasiyanı artırmış, onların yaradıcı və analitik düşünmə bacarıqlarının inkişafına təkan vermişdir.

Qeyd etmək yerinə düşərdi ki, bu təşəbbüsün əsasının qoyulduğu 2018-2019-cu illərdə STEAM konsepsiyası hələ kifayət qədər geniş tanınmırdı və onun potensialı çox az təxmin edilirdi. Lakin o dövrdə dövlət rəhbərliyinin, xüsusilə də hörmətli Mehriban xanım Əliyevanın göstərdiyi diqqət və dəstək nəticəsində bu təşəbbüs sürətli inkişaf yoluna qədəm qoydu. Həmin dəstək sonrakı illərdə bizə bu təşəbbüsün miqyasını sürətlə genişləndirmək imkanı yaratdı".

Şok İddia - ABŞ Azərbaycan səfirliyini vurub
Son xəbərlərDaha çox