Azedu.az

Firudin Qurbanov: Ölkənin gələcəyi yaradıcı gənclərin əlindədir

Təhsil Nazirliyi

17 Noyabr 2025, 11:00
Firudin Qurbanov: Ölkənin gələcəyi yaradıcı gənclərin əlindədir

"STEAM Azərbaycan festivalı artıq 5-ci ildir ki, ölkəmizdə keçirilir. Bu il tədbirdə 22 ölkə təmsil olunacaq. Festivalın rəmzi əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycanın Zəfərinin 5 illiyinə təsadüf edir və bütövlükdə Zəfərimizə həsr olunub."

Bu sözləri Elm və Təhsil nazirinin müavini Firudin Qurbanov “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə Beynəlxalq STEAM Azərbaycan (SAF-2025) festivalında AzEdu.az-a açıqlamasında qeyd edib.

Festivalın əsas məqsədi yaradıcı gəncləri aşkar etmək, onların potensialını üzə çıxarmaq və gələcək inkişafı üçün motivasiya formalaşdırmaqdır:

“Yarışmalar müasir dövrün tələblərinə uyğun olaraq ən son texnologiyalar istiqamətində təşkil ediləcək. Süni intellektlə bağlı layihələr, pilotsuz uçuş aparatları, süni intellektlə idarə olunan sualtı qayıqlar, eləcə də uşaqların proqramlaşdırma bacarıqlarını nümayiş etdirən müsabiqələr proqramda yer alacaq".

Bu tip tədbirlər xüsusi əhəmiyyət kəsb edir, çünki ölkənin gələcək inkişafı məhz bu gün formalaşan yaradıcı gənclərdən asılıdır:

“Hər bir dövlətin uğurlu modeli yaradıcı cəmiyyət üzərində qurulur və belə cəmiyyətin aparıcı qüvvəsi yaradıcı insanlardır. Onların formalaşması isə məhz erkən yaşlardan başlayır".

F. Qurbanov əlavə edib ki, festival çərçivəsində yarışların gedişatı izləniləcək və gənclərin nə qədər yüksək yaradıcılıq potensialına malik olduqları, müasir problemlərin həlli üçün hansı innovativ təkliflər təqdim etdikləri nümayiş olunacaq.

Şok İddia - ABŞ Azərbaycan səfirliyini vurub
Son xəbərlərDaha çox