Azedu.az

Təhsil büdcəsindəki artımlar təhsil işçilərinin rifahının yaxşılaşdırılmasına xərclənib

Təhsil Nazirliyi

13 Noyabr 2025, 12:03
Təhsil büdcəsindəki artımlar təhsil işçilərinin rifahının yaxşılaşdırılmasına xərclənib

2026-cı ilin dövlət büdcəsində təhsil xərcləri üçün 5 milyard 15 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.

AzEdu.az xəbər verir ki, bunu Milli Məclisdə bu gün keçirilən Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, bu, ümumi büdcənin 8,3 faizini təşkil edir. Sözügedən rəqəm 2025-ci illə müqayisədə 85 milyon manat və ya 1,7 faiz çoxdur.

Son 5 il ərzində dövlət büdcəsindən təhsil sektoruna ayrılan vəsait 1,6 dəfə artıb. Bu artımlar, əsasən, təhsil sahəsində çalışanların sosial rifahının yaxşılaşdırılması və əməyin ödənişi ilə bağlı xərclərin maliyyələşdirilməsinə yönəldilib.

Eyni zamanda, təhsil xərclərinin ümumi daxili məhsuldakı (ÜDM) payının artım tendensiyası da davam edib. 2022-ci ildən bəri bu göstərici yüksəlməkdə davam edir və 2026-cı ildə 3,7 faiz səviyyəsində proqnozlaşdırılır.

Emin Əmrullayev vurğulayıb ki, Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi xüsusi diqqət və qayğı, həmçinin dövlət siyasətində insan kapitalının formalaşdırılmasına verilən önəm bu istiqamətdə ciddi nəticələrə gətirib çıxarıb.

Prezident Ramiz Mehdiyevi işarə etdi - İLK DƏFƏ DANIŞDI
Son xəbərlərDaha çox