Azedu.az

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları qəbul edəcək

Təhsil Nazirliyi

3 Noyabr 2025, 11:30
Elm və təhsil naziri Naxçıvanda vətəndaşları qəbul edəcək

Elm və təhsil naziri Emin Əmrullayev 28 noyabr tarixində Naxçıvan şəhərində vətəndaşları qəbul edəcək. 
 
Elm və Təhsil Nazirliyindən AzEdu.az-a bildirilib ki, qəbulda Naxçıvan, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur sakinləri iştirak edə bilərlər.  
 
Adları çəkilən şəhər və rayonların sakinləri 18 noyabr (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 2 və 146 – 6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının //edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya ‪‪+994 51 206 78 48‬‬ nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.
 

Nəzərinizə çatdırırıq ki, qəbulda iştirak üçün qeydiyyat mütləqdir.

Prezidentin çıxışı Ermənistanı silkələdi: Sevan yoxdur, Göyçə var!
Son xəbərlərDaha çox